Pakistanda Əfqanıstan sərhədi yaxınlığında döyüşçülərin hücumu nəticəsində 11 hərbçi öldürülüb.

Bakues.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agentlik öldürülənlər arasında Pakistanın hərbiləşdirilmiş birləşmələrinin 9 əsgər və iki zabitinin olduğunu qeyd edir.

Məlumata görə, hərbçilər döyüşçülər tərəfindən qurulmuş pusquya düşüblər.