Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 4-də iki günlük işgüzar səfər üçün Yaponiyaya yollanacaq.

Bakues.az bu barədə Ermənistan mətbuatına istinadla xəbər verir.

Belə ki, səfər çərçivəsində Paşinyan Tokioda Yaponiyanın baş naziri Şiqeru İşiba ilə görüşəcək.

Sentyabrın 5-də isə baş nazir Osakada “Expo 2025” sərgisi çərçivəsində keçiriləcək Ermənistanın Milli Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.