Çin hakimiyyəti Çinə qarşı kiberhücum iddialarına əsaslanan Londonun sanksiyaları ilə bağlı Britaniya hökumətinə kəskin etiraz və ciddi təmsilçilik edib.
Bakues.az “TASS”a istinadən xəbər verir ki,bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakunun bildirib.
Çin hakerlik fəaliyyətinə qarşıdır, qanun çərçivəsində bununla mübarizə aparır və bu mövzuda yayılan yalan məlumatları qəbul etmir.
O vurğulayıb ki, kibertəhlükəsizlik qlobal çağırışdır və bu sahənin siyasiləşdirilməsi qəbuledilməzdir.
“Biz Britaniya tərəfini səhvlərini dərhal düzəltməyə, ikili standartlardan və siyasət məqsədilə manipulyasiya cəhdlərindən imtina etməyə çağırırıq”– Quo Jiakun deyib.
Zəhra Məmmədzadə




