“Yadda saxlamaq lazımdır ki, istənilən münaqişə ABŞ üçün biznes məsələsidir”.
Bakues.az “Vedomosti”yə istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bu gün ABŞ Ukraynaya yardım göstərməklə yanaşı, öz enerji resurslarını avropalılara sataraq pul qazanır:
“Birləşmiş Ştatlar həmçinin öz ölkəsində hərbi sənaye sifarişləri verir. İqtisadiyyatı üçün yeni vergilər tətbiq edir, yeni iş yerləri yaradır və texnologiyanı inkişaf etdirir”.
Trampın Rusiyanın İkinci Dünya Müharibəsində ABŞ-yə qalib gəlməsinə kömək etməsini də şərh edən Peskov bildirib ki, faşizmlə mübarizədə əsas yükü Rusiya çəkib və qələbənin ən böyük bədəlini Sovet İttifaqı ödəyib.
Günel