Polşa Milli Prokurorluğu Varşava Rayon Məhkəməsinə ölkənin şərqində dəmiryol relslərini partlatmaqda ittiham olunan Ukrayna vətəndaşları Yevgeni İvanov və Aleksandr Kononova qarşı Avropa həbsinə dair order verilməsi ilə bağlı sorğu təqdim edib.
Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə departamentin mətbuat katibi Pşemıslav Novak məlumat yayıb.
Hadisə noyabrın 16-da Mazovetski Voyevodalığında baş verib. Ukrayna sərhədinə — Dorohusk keçid məntəqəsinə gedən dəmir yolu xəttinin zədələndiyi qatar maşinisti tərəfindən aşkar edilib və hərəkət dərhal dayandırılıb. Xəsarət alan olmayıb.
Tusk relslərin partlayış nəticəsində zədələndiyini açıqlayaraq hadisəni “təmiz təxribat aktı” adlandırıb. İstintaqın məlumatına görə, şübhəlilər hadisədən sonra Terespol sərhəd-keçid məntəqəsindən keçərək Polşanı tərk ediblər.
Zəhra Məmmədzadə




