Polşa müdafiə naziri: ABŞ-ın NATO-dan çıxması onun mövqelərini zəiflədə bilər.

Bakues.az Tass-a istinadən xəbər verir ki,bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ-ın NATO-dan çıxmasının qlobal mövqelərinə mənfi təsir göstərə biləcəyini bildirib.

Nazir qeyd edib ki, alyans ABŞ üçün mühüm əhəmiyyət daşıyır: “NATO ABŞ-sız mümkün deyil, amma müttəfiqlərsiz də güclü ABŞ olmaz”. O, həmçinin mövcud vəziyyətdə emosional qərarlardan çəkinməyə çağırıb.

Bu açıqlama ABŞ prezidenti Donald Trampın NATO-nun İrana qarşı əməliyyatda Vaşinqtonu dəstəkləmədiyini əsas gətirərək alyansdakı iştirakını yenidən nəzərdən keçirdiyini deməsindən sonra səsləndirilib.

Tramp müsahibəsində NATO-nu “kağız pələng” adlandırıb və alyansa qarşı heç vaxt xüsusi simpatiyasının olmadığını etiraf edib.
Zəhra Məmmədzadə