Prezident Azərbaycanla Mərakeş arasında hərbi əməkdaşlıq haqqında Sazişi təsdiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident Azərbaycanla Mərakeş arasında hərbi əməkdaşlıq haqqında Sazişi təsdiq edibbackend

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Bakues.az xəbər verir ki, Saziş 2024-cü il oktyabrın 30-da Rabat şəhərində imzalanıb.