Rusiya Prezidenti Vladimir Putin ölkədə yeni təhlükəsiz nüvə batareyalarının yaradıldığını açıqlayıb.
Bakues.az “Vedomosti”yə istinadən xəbər verir ki, bu batareyalar pilotsuz uçan aparatlara, yeni nəsil təyyarələrə, peyklərə və raketlərə uyğun hazırlanıb.
Kreml bildirir ki, batareyalar kompakt, etibarlı və uzunömürlüdür. Onlar su altında, kosmosda və hətta ən ekstremal şəraitdə işləyə bilir və əlavə xidmət və ya şarj tələb etmir. Bu kəşfi Aleksandr Anikin və Pavel Moseev‑dən ibarət elmi qrup həyata keçirib.
Gənc alimlər Rusiya Elm Günü tədbirində mükafatlandırılıb. Prezidentin 2025-ci il üçün imzaladığı fərmana əsasən, mükafatlar energetika, kosmik texnologiyalar, kimya, materialşünaslıq, riyaziyyat, fizika və biotexnologiya sahəsində fəaliyyət göstərən mütəxəssislərə verilib.
Asim




