“Rusiya Prezidenti Vladimir Putin Ukrayna böhranının həlli ilə bağlı danışıqlara getməsə, bu, Vaşinqton üçün böyük problem olacaq”.
Bakues.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, Putin münaqişəyə son qoymaq istəyir və ruslar bunun tezliklə başverməsini arzulayırlar:
“Məncə, Putin dayanmaq istəyir. Çünki o, davam etsəydi, bu, bizim üçün böyük problem olardı. Rusiyanın böyük və güclü bir hərbi maşını var, onlar Hitlerə və Napoleona qalib gəldilər. Bilirsiniz, onlar çoxdan mübarizə aparırdılar. Bunu əvvəllər də ediblər. Amma düşünürəm ki, o, döyüşü dayandırmaq istərdi” – deyə, ABŞ dövlət başçısı deyib.
O, əlavə edib ki, Vladimir Zelenski də Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara hazırdır.