Qırğızıstan prezidenti Sadır Japarov Fələstin xalqının soyqırımına son qoyulmasını və müstəqilliyinin tanınmasını tələb edib.
Bakues.az “TASS”a istinadən xəbər verir ki, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında bildirib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bütün dünyanın gözü qarşısında baş verən insan faciəsinə biganə qalmamalıdır:
“Biz fələstinlilərə qarşı soyqırımın dayandırılmasını və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən beynəlxalq məhkəmə araşdırmasına başlanılmasını tələb edirik. Qırğızıstan zorakılığın və terrorizmin bütün formalarını, o cümlədən 2023-cü il oktyabrın 7-də İsrailə hücumu qətiyyətlə pisləyir. Belə terrorçular ciddi şəkildə cəzalandırılmalıdır. Bununla belə, terrorizmlə mübarizə və terrorçuların məhv edilməsi üsullarının öz metodları və prosedurları var. Bu, istifadə edilməli olan üsullardır. Fələstinin müstəqilliyini tanımaq lazımdır. Davamlı sülhün bərqərar olmasının yeganə yolu “İki xalq üçün iki dövlət” prinsipinin həyata keçirilməsidir. Fələstin 1967-ci il sərhədləri əsasında müstəqillik əldə etməlidir”.
Asim




