Qarabağda yeni qeyri-rezident qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qarabağda yeni qeyri-rezident qeydə alınıbbackend

“Qarabağ İnşaat Mərkəzi” MMC İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının qeyri-rezidenti kimi qeydiyyata alınıb.

Bakues.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, bununla da Ağdam Sənaye Parkında qeyri-rezidentlərin sayı 5-ə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə qeyri-rezidentlərin sayı 3-ə çatıb.

Ümumi dəyəri 9 milyon manat olan layihələr çərçivəsində bu iki sənaye parkında tikinti materiallarının satış mərkəzlərinin qurulması nəzərdə tutulur.

Ağdam Sanaye Parkında 33 rezident qeydiyyata alınıb. 2024-cü ildə Parkda 9 müəssisə fəaliyyətə başlayıb, 22,3 milyon manat dəyərində məhsul istehsal edilib, bunun 20 min manatlıq hissəsi ixrac olunub.

“Araz Vadisi İqtisadi Zonası” Sanayə Parkında isə 17 rezident qeydiyyata alınıb. Onların 1-i fəaliyyət göstərir.