Qarsda 5 əfqan miqrant saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qarsda 5 əfqan miqrant saxlanıldıbackend

Qarsda qeyri-qanuni yollarla ölkəyə daxil olan 5 əfqan miqrant saxta İran pasportu ilə saxlanılıb.

Bakues.az “Son Dakika”ya istinadən xəbər verir ki, bununla bağlı İl Emniyyət Müdirliyi Miqrant Qaçaqçılığı ilə Mübarizə və Sərhəd Keçidləri şöbəsi məlumat yayıb.

Məlumata əsasən, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 4 Əfqanıstan vətəndaşı şəhər mərkəzində, 1 qeyri-qanuni miqrant isə Susuz rayonu ərazisində saxlanılıb. Qeyri-qanuni miqrantların üzərində saxta İran pasportları aşkar edilib.

Miqrantlar daha sonra Ərzurum Geri Göndərmə Mərkəzinə göndərilib.

Qeyd olunub ki, əməliyyat çərçivəsində taksi sürücüsünə qarşı miqrant qaçaqmalçılığı ittihamı ilə tədbir görülüb.

Cəmilə