Qazaxıstan daxili bazarda qiymətləri sabitləşdirmək və əhalini kifayət qədər həcmdə mal-qara əti ilə təmin etmək üçün mal əti ixracına müvəqqəti kəmiyyət kvotaları tətbiq etmək qərarına gəlib.

Bakues.az Kazinform xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qərar Qazaxıstanın baş nazirinin müavini, milli iqtisadiyyat naziri Serik Jumanqarinin sədrliyi ilə keçirilən Xarici Ticarət Siyasəti və Beynəlxalq İqtisadi Təşkilatlarda İştirak üzrə İdarələrarası Komissiyanın iclasında təsdiq edilib.

Kvota mexanizmi təkcə ölkə daxilində qiymət artımını cilovlamaq üçün deyil, həm də mövcud müqavilələr çərçivəsində vicdanlı iri istehsalçılardan xarici tədarükləri qorumaq üçün nəzərdə tutulub.