Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşüb.
Bakues.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qasım-Jomart Tokayev prezident Alekandr Stubbın gözlənilən səfərini və prezident Emmanuel Makron ilə Avropa İttifaqında tərəfdaşlığı müzakirə edib.
Stubb ilə görüşdə dünyadakı mövcud geosiyasi vəziyyətin müzakirəsinə xüsusi diqqət yetirilib. Finlandiya prezidentinin Qazaxıstana gözlənilən səfəri də müzakirə olunub.
Qazaxıstan prezidentinin mətbuat xidməti səfərin tarixlərini dəqiqləşdirməyib.
Asim




