İsrailin Qəzzaya davam edən hücumları təkcə siyasi münaqişə deyil, həm də sivilizasiyanın özünə dağıdıcı hücum, Fələstin xalqının mədəni və tarixi irsini aşındırır.
Bakues.az “İRNA”ya istinadən xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Yunanıstanın ev sahibliyi etdiyi Qədim Sivilizasiyalar Forumunda (ACF) çıxış edən İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Əraqçi çıxışı zamanı İranın qlobal sülh və təhlükəsizliyin təşviqində qədim sivilizasiyalar və mədəni irsin əhəmiyyətinə dair perspektivini açıqlayıb.
O, Qəzzada universitetlərin, kitabxanaların, muzeylərin, məscidlərin və kilsələrin qəsdən dağıdılmasını bütöv bir xalqı tarixi və gələcəyi ilə birlikdə silmək məqsədi daşıyan soyqırıma bərabər hərbi cinayət kimi qiymətləndirib. Həmçinin dinc əhalinin sistematik şəkildə öldürülməsini, qəsdən aclıqdan öldürülməsini və bütöv icmaların məhv edilməsini pisləyərək, bu əməlləri qədim sivilizasiyalar tərəfindən çoxdan qorunan dəyərlərin, mərhəmət, ədalət və insan ləyaqətinin pozulması adlandırıb.
Asim




