“Qumar kralı”nın çoxsaylı əmlakı ilə bağlı yalan İFŞA OLUNDU – ARAŞDIRMA + FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qumar kralı”nın çoxsaylı əmlakı ilə bağlı yalan İFŞA OLUNDU – ARAŞDIRMA + FOTOLARbackend

“Qumar kralı” kimi tanınan Yusif Baqiyevin Mərdəkan və Buzovna qəsəbələrindəki obyektlərlə heç bir əlaqəsi yox imiş.

Bakues.az xəbər verir ki, bir neçə gün öncə paytaxt Bakıda fəaliyyət göstərən bir sıra məşhur restoranın, o cümlədən “Medalyon” və “Nuxa” restoranlarının sahibi olan Yusif Baqiyevin həbs olunması ilə bağlı məlumat yayıldı. Bu xəbərdən sonra “Qumar kralı” kimi tanınan Yusif Baqiyevin çoxsaylı əmlaklara, obyektlərə sahib olması, hətta “Vüqar 777”, “Vüqar 300” və digər iş adamları ilə sıx əməkdaşlıq etdiyi iddia olundu.

Bakues.az mətbuatda səs-küy yaradan bu hadisə üzərindən yola çıxaraq, “Qumar kralı”nın, yəni Yusif Baqiyevin fəaliyyəti ilə bağlı araşdırma aparıb.

Araşdırmalarımız nəticəsində məlum olub ki, “Qumar kralı”na məxsus olduğu iddia olunan mal-mülklər əslində ayrı-ayrı iş adamlarına məxsusdur. Bu mülklərin, obyektlərin Yusif Baqiyevin adına çıxarılması yalnız qərəzli yanaşmanın nəticəsidir:

“Qumar kralı”nın “Vüqar 777”, “Vüqar 300″ və digər iş adamları ilə heç bir əlaqəsi yoxdur. Çox təəssüf ki, bəzi hallarda iş adamları bilərəkdən şantaja məruz qalırlar. Bəzi saytlar sanki məsələni araşdırmadan, böhtan xarakterli yazılar yazmaqla, özlərini yarışda hiss edirlər. Yusif Baqiyevin törətdiyi cinayətlə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılır. Qanun hər şeydən üstündür. Bu cür dezinformasiyalar cəmiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, şərəfli iş adamlarının fəaliyyətini kölgə altına salır”.

Qeyd edək ki, “Şəkili Yusif” kimi tanınan Yusif Baqiyev Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri üzrə ittiham olunaraq saxlanılmışdı. Adı və fəaliyyəti ilə mətbuatda tez-tez müzakirə mövzusuna çevrilən “Şəkili Yusif”in həbsi ilə bağlı xəbərdən sonra onun əmlaklarının siyahısının yer aldığı informasiyalar yayılmağa başladı. Onun həmçinin çoxsaylı kommersiya obyektlərinə sahib olduğu iddia olunurdu.