Fransanın “Renault SAS” şirkəti hərbi-texniki əməkdaşlığa xüsusi iqtisadi tədbirlər tətbiq olunan hüquqi şəxslər siyahısına qoşulub.
Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın baş naziri Mixail Mişustinin imzaladığı müvafiq fərman rəsmi hüquqi informasiya saytında dərc olunub.
Rusiyanın sanksiya siyahısı 11 may 2022-ci il tarixli 851 nömrəli Qərarla müəyyən edilib. Siyahı iki bölmədən ibarətdir. Bura xüsusi iqtisadi tədbirlər tətbiq olunan hüquqi şəxslərin siyahısı və xüsusi iqtisadi tədbirlər tətbiq edilən hərbi-texniki əməkdaşlıqla məşğul olan hüquqi şəxslərin siyahısı daxildir.
Sanksiya siyahısında olan fiziki şəxslərlə əməliyyatlar (o cümlədən xarici ticarət müqavilələri), mövcud əqdlər üzrə onların qarşısında öhdəliklərin yerinə yetirilməsi, benefisiarların siyahıda olan fiziki şəxslər olduğu maliyyə əməliyyatlarının aparılması qadağandır. Bununla belə, hökumətin müəyyən əməliyyatlar üçün müvəqqəti icazə vermək səlahiyyəti var.
Asim




