TƏBİB Fərhad Yalquzağın ölümü ilə bağlı məlumat yayıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
TƏBİB Fərhad Yalquzağın ölümü ilə bağlı məlumat yayıb – YENİLƏNİBbackend

TƏBİB rəssam Fərhad Yalquzağın ölümü ilə bağlı məlumat yayıb.

Qurumdan Bakues.az-a bildirilib ki, iyunun 17-də 23:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat Xətai rayonu, M.Rüstəmov küçəsi ərazisindən çağırış daxil olub.

“Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 52 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”, – məlumatda deyilib.

***10:14

Rəssam Fərhad Yalquzağın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

Bakues.az “Teleqraf”a istinadən xəbər verir ki, o, bıçaqla özünə xəsarət yetirib və qanaxmadan ölüb.

Məlumata görə, iyunun 17-də saat 23 radələrində 1973-cü il təvəllüd Fərhad Əhmədli oğlu İsgəndərov yaşadığı M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib qanaxmadan vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

***09:47

Tanınmış rəssam Fərhad Yalquzaq vəfat edib.

Bakues.az xəbər verir ki, bu barədə rəssamın dostları məlumat veriblər.

Bildirilib ki, tənha yaşayan rəssam paytaxtda yerləşən emalatxanasında dünyasını dəyişib. Onun nəşini dostları aşkar ediblər.

52 yaşlı rəssamın ölüm səbəbi bilinmir.