Ukrayna böhranı hərbi yolla deyil, danışıqlar masası arxasında həll olunacaq.
Bakues.az “USA Today”ə istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında ABŞ dövlət katibi Marko Rubio deyib.
ABŞ dövlət katibi münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün tərəflərin əhəmiyyətli səylərini qeyd edib.
“Türkiyədə, Səudiyyə Ərəbistanında və Alyaskada görüşlərimiz oldu. Həmçinin saysız-hesabsız telefon danışıqlarımız oldu, hərbi yolla sona çatmayan bu münaqişənin həlli və sona çatması üçün əlimizdən gələni etdik. Bu, danışıqlar masası arxasında bitəcək”, – deyə dövlət katibi bildirib.
Asim




