Rubio: Ukrayna münaqişəsi bitəcək, Vaşinqton bərpa layihələrini müzakirə edir.

Bakues.az TASS-a istinadən xəbər verir ki, ABŞ dövlət katibi və milli təhlükəsizlik müşaviri Marko Rubio Ukrayna münaqişəsinin “nə vaxtsa bitəcəyini” bildirib və Vaşinqtonun artıq Kiyevlə mümkün yenidənqurma layihələrini müzakirə etdiyini açıqlayıb.

Rubionun sözlərinə görə, müharibə başa çatdıqdan sonra Ukrayna bütün iqtisadi resurslarını bərpa prosesinə yönəldə bilməlidir. O qeyd edib ki, ölkənin böyük iqtisadi potensialı var və düzgün siyasət həyata keçirilərsə, növbəti 10 ildə ÜDM-ni ikiqat artıra bilər. Dövlət katibi əlavə edib ki, bu yanaşma Vaşinqtonun davamlı sülh strategiyasının bir hissəsidir.

Rubio həmçinin Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin üçtərəfli görüşlərinin əhəmiyyətini vurğulayaraq, uzun fasilədən sonra tərəflərin eyni platformada təmas qurmasını müsbət addım kimi dəyərləndirib.
Zəhra Məmmədzadə