Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı Rusiya iqtisadiyyatına müsbət təsir göstərsə də, rublun möhkəmlənməsi qısamüddətli ola bilər.
Bakues.az “RİA Novosti”yə istiandən xəbər verir ki, bunu “BitRiver”in maliyyə analitiki Vladislav Antonov deyib.
O, vurğulayıb ki, iki dövlətin liderlərinin danışığından sonra təkcə yerli müəssisələrin səhmləri deyil, rublun məzənnəsi də artıb. Bundan əlavə, həftə ərzində dollar,avro və yuan ucuzlaşıb.
“Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı, həmçinin şəxsi görüş və Ukrayna münaqişəsinin müzakirəsi perspektivi müsbət əhval-ruhiyyə yaradıb. Lakin bu görüş valyuta bazarında tələb və təklif arasında balanssızlığa səbəb olub. Bu cür dinamika müvəqqəti ola bilər. Hazırda rublun məzənnəsi bir neçə amilin təzyiqi altındadır. Bunlara aşağı neft qiymətləri, yüksək inflyasiya və ABŞ-nin sabit pul siyasəti daxildir”, – deyə Antonov qeyd edib.
Cəmilə