Rusiya və Belarus arasında vizaların qarşılıqlı tanınması haqqında saziş 2025-ci il yanvarın 11-dən qüvvəyə minəcək.
Bakues.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bidlirilib ki, saziş Birlik Dövlətinin vahid miqrasiya məkanının mühüm tərkib hissəsidir. Müqavilə əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin sərhədi keçmə qaydasını tənzimləyir. Onlardan birinin vizası və ya digər şəxsiyyətini təsdiq edən sənədi olduqda, İttifaq dövlətinin hər iki ölkəsinin ərazilərinə daxil olmaq və orada qalmaq imkanı verir.
Bundan əlavə, Ukrayna vətəndaşları üçün müəyyən keçid məntəqələrindən daxil olmaq üçün xüsusi prosedur var.