Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsinə icazə verə bilməz və onun təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edəcək.
Bakues.az “TASS”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, bildirib ki, NATO-nun Ukrayna ərazisinə soxulmaq cəhdi Rusiya üçün təhlükədir:
“Məhz buna görə də biz NATO silahlı qüvvələrinin Ukrayna ərazisində, sərhədlərimizə yaxın olmasını təhlükə hesab edirik”. Çünki NATO Rusiyanı düşmən hesab edir. Bu, onların sənədlərində öz əksini tapıb. Biz təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi edəcəyik. Bir ölkənin təhlükəsizliyini digərinə təhlükə yaratmaqla təmin etmək olmaz”.
Asim




