Rusiya Dövlət Duması Telegram messencerinin ölkədə tam bloklanmasının planlaşdırılmadığını açıqlayıb.

Bakues.az “Vedomosti”yə istinadən xəbər verir ki, LDPR fraksiyasından deputat Andrey Svinçov bildirib.

Bildirib ki, Telegram dövlət orqanları ilə müəyyən əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir və buna görə platformaya qarşı sərt tədbirlər gündəmdə deyil.

Deputat əlavə edib ki, Telegram bir sıra ölkələrdə, o cümlədən Rusiyada səlahiyyətli qurumlarla qarşılıqlı əlaqə saxlayır.

Eyni zamanda, Rusiya digər messencerlərə fərqli yanaşma tətbiq edir: Roskomnadzor WhatsApp-ı Rusiya qanunlarına əməl etmədiyi üçün mərhələli şəkildə bloklayıb.

Asim