Rusiya Hindistanla enerji daşıyıcılarının tədarükü sahəsində əməkdaşlığı davam etdirməyə hazırdır və bunun beynəlxalq enerji bazarında stabilliyi qorumağa xidmət etdiyinə inanır.

Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova açıqlama verib.

“Biz hesab edirik ki, Hindistanın Rusiya enerjidaşıyıcılarını alması hər iki ölkəyə faydalıdır və enerji bazarında sabitliyi qoruyur. Bu əməkdaşlığı davam etdirməyə hazırıq”, — Zaxarova bildirib.

Asim