Rusiya Səudiyyə Ərəbistanında atom elektrik stansiyasının (AES) tikintisi üzrə keçiriləcək tenderdə iştirak etməyə hazırlaşır.

Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika naziri Aleksandr Novak məlumat verib.

Novak bildirib ki, Rusiya Səudiyyə Ərəbistanında AES tikintisi üzrə tenderdə iştirak üçün hazırlıq işlərini davam etdirir və tərəflər birgə iş təklifini təqdim ediblər. Tender şərtləri və iştirak etmək istəyən ölkələr artıq məlumdur, sənədlər hazırlanır.

Xatırladaq ki, Səudiyyə 2015-ci ildən atom energetikasını inkişaf etdirmək niyyətini açıqlayıb, 2017-ci ildən tenderlər keçirir. Rosatom isə 2018-ci ildən layihəyə müraciət edir. Bu, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addımdır.

Asim