Rusiya və Ukrayna hərbi əsirlərlə görüşün keçirilməsi, o cümlədən bağlamaların mübadiləsilə bağlı razılıq əldə ediblər.

Bakues.az xəbər verir ki, bu barədə Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova məlumat verib.

O qeyd edib ki, Rusiya və Ukrayna əsirlərə 4 min bağlama göndərilməsi haqda razılığa gəliblər.

“Biz qarşılıqlı olaraq əsirlər üçün 2 min bağlamanın göndərilməsi barədə razılığa gəldik”,- deyə ombudsman bildirib.