Rusiyada yeni minik avtomobillərinin satışı 48 % artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyada yeni minik avtomobillərinin satışı 48 % artıbbackend

 

2024-cü ildə Rusiyada 48,4 faiz artımla 1,571 milyon yeni minik avtomobili satılıb.

Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu, “Autostat” analitik agentliyinin hesabatında yer alıb.

Hesabata görə, ötən ilin dekabr ayında ölkədə 123 431 yeni minik avtomobili satılıb. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faizlik artım deməkdir.

Satışlar üzrə ilk 10 brendə Çinin “Chery”, “Tankı”, “Geely”, “Changan”, “Omoda”, “Exeed” və “Jetour” brendləri, həmçinin Belarusun “Belgee” şirkətləri daxildir.