Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nyu-Yorka işgüzar səfəri zamanı Afrika və Yaxın Şərq üzrə Avropa Korporativ Şurasının 7-ci sessiyasında çıxış edib.
Bakues.az “Armenpress”ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Respublikası Prezidentinin İşlər İdarəsi açıqlama yayıb.
Xaçaturyan çıxışında bildirib ki, Ermənistan Afrika ölkələri ilə əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir və regionla iqtisadi, ticarət, mədəniyyət və təhsil sahələrində əməkdaşlığı inkişaf etdirməyə çalışır.
“Coğrafi məsafəmizə baxmayaraq, bizi davamlı inkişaf, dinc və inklüziv cəmiyyətlərin yaradılması, ədalətə çıxışın təmin edilməsi və bir sıra digər ümumi məqsədlər birləşdirir. Sülh olmadan tərəqqi və firavanlığa nail olmaq mümkün deyil. Sülh cəmiyyətin inkişafı və rifahının əsaslandığı təməldir. Onilliklərlə davam edən münaqişədən sonra Ermənistan sülh imperativini rəhbər tutaraq öz yanaşmasını yenidən müəyyənləşdirdi. Yalnız belə bir baxış böyüməyə, inkişafa və insanları yoxsulluqdan çıxara bilər”, – deyə prezident qeyd edib.
Asim




