Sabah bu rayonda qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabah bu rayonda qaz olmayacaqbackend

Sabah Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Bakues.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Biləcəri qəsəbəsi, N. Asimzadə küçəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə fevralın 18-də saat 10:00-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.