Sabahdan rayonlarda yağış yağacaq, bəzi çaylardan sel keçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabahdan rayonlarda yağış yağacaq, bəzi çaylardan sel keçəcəkbackend

Mayın 11-i günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Bakues.az-a verilən məlumata görə, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. 12-si gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu mayın 13-dən başlayaraq ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.