Samuxda 44 yaşlı kişinin döyülməsi ilə bağlı araşdırmaya başlanılıb.
Bu barədə Bakues.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.Onun sözlərinə görə, hazırda Samux rayon Polis Şöbəsində Z.Səmədovun döyülməsi ilə bağlı araşdırma aparılır. Müvafiq ekspertizalar təyin olunub. Ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüququ qiymət veriləcək.
***09:29
Samux rayonunda 44 yaşlı kişi ölümcül döyülüb.
Bakues.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Rayon sakini, 1981-ci il təvəllüdlü Z. Səmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Dərhal ona yardım edilib, hazırda 44 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə Z. Səmədov hadisə vaxtı sərxoş olub. Onun keçmiş qayınatası tərəfindən küt alətlə ölümcül döyüldüyü bildirilir.
Baş vermiş hadisə ilə bağlı araşdırmaya başlanıb.




