BAKUES.AZOperativ xəbər portalı
21 noyabrşənbə
14°Bakı, az buludlu
USD
1.7000
EUR
1.8666
100 RUB
2.0737
Saxlanılanlar
1 dəqiqəlik oxu

Samuxda 16 kq narkotikin satışının qarşısı alınıb

Samuxda 16 kq narkotikin satışının qarşısı alınıb
Foto: Bakues.az

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Heydər Quliyev saxlanılıb.

Bakues.az xəbər verir ki, ondan ümumi çəkisi 16 kiloqram 155 qram olan narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, H.Quliyev narkotikləri satmaq məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.