2024-cü ilin yayından ABŞ-nin sanksiyaları altında olan Rusiyanın “Abakan Air” aviaşirkətinə məxsus “İl-76” yük təyyarəsi yükləri Cənubi Afrikaya çatdırıb.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Cənubi Afrikanın hava məkanına uçuşa icazə verib.

Nazirliyin sözçüsü Kollen Msibinin sözlərinə görə, “İl-76” Cənubi Afrikaya mülki helikopter və idman təyyarəsi çatdırıb:

“Cənubi Afrikanın Nəqliyyat Nazirliyi icazə verən zaman Rusiya təyyarəsinin ABŞ-nin sanksiyalar siyahısında olmasından xəbərsiz olub. Cənubi Afrika hökuməti operatoru qara siyahıya salmayıb”.

Zəhra Məmmədzadə