Şəmkirdə yol qəzasında 5 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şəmkirdə yol qəzasında 5 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb – YENİLƏNİBbackend

Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bakues.az xəbər verir ki, bu barədə Report-a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

DİN rəsmisi qeyd edib ki, magistral yolda “VAZ-21021 və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib, daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

***

09:34

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası olub.

Bakues.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Niva” ilə “VAZ 2106” markalı minik maşınları toqquşub.

Qəza zamanı 5 nəfər ölüb.