Şəmkirdə dəhşətli qəza necə baş verib –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şəmkirdə dəhşətli qəza necə baş verib -VİDEObackend

Şəmkir rayonunun Dəllər Cəyir ərazisində baş verən qəzada 4 nəfər ölüb, bir nəfər yaralanıb.

Bakues.az xəbər verir ki, rayonunun Aşağı Çaykənd kənd sakini, 26 yaşlı Əliyev Xətai Xosrov oğlunun idarə etdiyi “VAZ”-2106 və Şəmkir şəhər sakini 41 yaşlı Cabbarov Zaur Rasim oğlunun idarə etdiyi “VAZ”-2121 markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”-2106-nın sürücüsü və sərnişini Şəmkir şəhər sakini, 28 yaşlı Allahverdiyev Röyal Elburus oğlu, “VAZ”-2121-in sürücüsü və sərnişinləri Şəmkir şəhər sakini, 53 yaşlı Xudaverdiyev Elşən Sabir oğlu və 28 yaşlı Babək Hüseynov hadisə yerində ölüb.

“VAZ”-2106-nın sərnişini, Şəmkir şəhər sakini, 29 yaşlı Orucov Elçin Yusif oğlu xəsarət alıb. Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətı ağırdır. İlkin məlumata görə, avtomobillər Tovuz-Qazax rayonu istiqamətinə hərəkət edirmiş.Faktla bağlı araşdırma başlanılıb.