Serbiya Rusiyanın “Qazprom” şirkəti ilə oktyabrda yeni müqavilə imzalamaq niyyətindədir.
Bakues.az Serbiyanın “RTS” telekanalına istinadən xəbər verir ki, bunu “Srbijagas” direktoru Duşan Bajatoviç deyib.
Bajatoviç bildirib ki, Serbiyanın qaz təchizatında heç bir təhlükə yoxdur:
“Qaz anbarlarımız 90% doludur və bu həcmlər ən azı 3, bəlkə də 5 ay davam edəcək. Əhali üçün qazın qiymətinin artırılması nəzərdə tutulmur və hər hansı mümkün qiymət fərqi “Srbijagas” tərəfindən ödəniləcək. “Qazprom” ilə yeni müqavilə sentyabrda deyil, oktyabrda imzalanacaq”.
“Srbijagas” rəhbəri həmçinin bəyan edib ki, Belqrad Vaşinqtonla ABŞ-nin sanksiyalar tətbiq etdiyi, lakin dəfələrlə təxirə saldığı Serb enerji şirkəti “NIS” ilə bağlı vəziyyətlə bağlı danışıqları davam etdirir.
Asim




