Serbiya Rusiyaya qarşı sanksiyaların əleyhinədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Serbiya Rusiyaya qarşı sanksiyaların əleyhinədirbackend

“Serbiya sanksiya məhdudiyyətlərini məqbul təsir mexanizmi hesab etmir və anti-Rusiya məhdudiyyətlərinə qoşulmaqdan imtina edir”.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu sözləri Serbiyanın xarici işlər naziri Marko Curiç deyib.

Onun sözlərinə görə, Serbiya sanksiyalara qarşıdır:

“Biz təsir mexanizmi kimi sanksiyaların tərəfdarı deyilik. Çünki keçən əsrin 90-cı illərində xalqımız sanksiyaların qurbanı olub. Bu gün bizim dövrümüzdə belə bir şeyə yol vermək istəmirik. Bizim vətəndaşlarımızın Amerikanın “NIS” (Serbiyanın Neft Sənayesi) şirkətinə qarşı tətbiq etdiyi sanksiyaların nəticələrindən əziyyət çəkməməsi vacibdir.

Serbiya Avropada Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən yeganə ölkədir. Rusiya ilə münasibətlərimizin tarixi xarakterinə uyğun olaraq, prinsipial şəkildə davranacağıq”.

Günel