“Ermənistanda hakimiyyət dəyişikliyi uğrunda mübarizədə vətəndaş müharibəsi baş verə bilər”.
Bakues.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sərkisyan jurnalistlərə deyib.
S.Sərkisyan rəhbəri olduğu “Şərəfim var” bloku tərəfindən Masis şəhərinin meri David Ambarsumyanın niyə Baş nazir Nikol Paşinyana qarşı impiçment təşəbbüsü çərçivəsində baş nazirliyə namizəd kimi irəli sürülməsinə münasibət bildirib:
“Davit Ambarsumyan döyüşməyə qadirdir”.
Jurnalist ona əvvəllər hakimiyyətə can atmadığını iddia etdiyini, indi isə baş nazirliyə namizəd irəli sürdüyünü xatırladanda sabiq prezident belə cavab verib: “Bəli, biz hakimiyyətə can atmırıq. Bu mübarizə hakimiyyət üçün deyil, hakimiyyət dəyişikliyi üçündür”.
S.Sərkisyan küçə mübarizəsinə başlayacaqlarını açıqlayıb: “Əlbəttə, bunu edəcəyik. Küçəsiz necə olardı?”
Keçmiş prezident ölkədə vətəndaş müharibəsi riskini də istisna etməyib: “Bu hakimiyyətlə ən inanılmaz şeylər baş verə bilər”.