Bakının “Koroğlu” nəqliyyat qovşağında 217 nömrəli avtobusun uzun müddət dayanacağa daxil olmaması sərnişinlərin narazılığına səbəb olub.
Bu barədə Bakues.az -ın “Qaynar Xəttinə” şikayət daxil olub.
Dayanacaqda gözləyən vətəndaşlar bildiriblər ki, artıq 25 dəqiqədən çoxdur avtobus gəlmir və intervalların bu qədər uzanması ciddi problem yaradıb.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.





