Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini rəsmi səfərlə Çinə dəvət edib.
Bakues.az “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, dəvət 4 fevralda edilib və Vladimir Putin bunu qəbul edib. Səfərin 2026-cı ilin ilk yarısında baş tutması planlaşdırılır.
Bundan əlavə, Si Cinpin Putini noyabrda Şençjendə keçiriləcək APEC sammitinə dəvət edib.
Qeyd edək ki, Putin 2025-ci ilin payızında Çinə səfər edib və tərəflər “Sibirin Gücü-2” və “Birlik – Şərq” daxil olmaqla 22 sənəd imzalayıb.
Danışıqlar zamanı Si Cinpin Rusiya-Çin münasibətləri üzrə yeni qlobal plan təklif edib, Putin isə 2026-cı ildə əməkdaşlıq müqaviləsinin 25 illiyinin qeyd olunacağını bildirib.
Asim




