SpaceX 2026-cı ildə rekord məbləğ — 30 milyard dollardan çox vəsait cəlb etməklə ilkin ictimai təklif (IPO) keçirməyi planlaşdırır.

Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, şirkətin bazar dəyəri təxminən 1,5 trilyon dollar qiymətləndirilir.

SpaceX-in IPO-su uğurla həyata keçərsə, 2019-cu ildə 29 milyard dollar toplayan Saudi Aramco-nu geridə qoyaraq tarixdəki ən iri təkliflərdən biri olacaq. Şirkət IPO-nu 2026-cı ilin ortası–sonuna planlaşdırır, lakin bazardan asılı olaraq proses 2027-yə də keçə bilər.

Toplanacaq vəsaitin bir hissəsi kosmik data mərkəzlərinin qurulmasına və bunun üçün lazım olan çiplərin alınmasına yönəldiləcək.

Proqnozlara görə, SpaceX-in gəlirləri 2025-ci ildə 15 milyard dollar, 2026-da isə 22–24 milyard dollar olacaq. Əsas gəlir mənbəyi isə Starlink sistemidir.

Asim