Böyük Britaniya “Brexit”in Britaniya iqtisadiyyatına mənfi təsiri səbəbindən Avropa İttifaqı ilə əlaqələrini gücləndirməyə başlayacaq.
Bakues.az “Sky News”ə istinadən xəbər verir ki, bu barədə baş nazir Keir Starmer Londonda ölkənin iqtisadi vəziyyəti ilə bağlı çıxışı zamanı bildirib
Onun sözlərinə görə, Brexit sazişi Böyük Britaniyanın iqtisadiyyatına ciddi ziyan vurub. Buna görə də ölkənin iqtisadi dirçəlişinə nail olmaq üçün Avropa İttifaqı ilə sürtünmələri azaltmaq və daha sıx əlaqələr qurmaq vacibdir.
Böyük Britaniya Aİ-dən 2016-cı il referendumundan sonra çıxıb. 2020-ci ilin fevralın 1-nə keçən gecə ölkə rəsmi olaraq Aİ-ni tərk edib, 2021-ci ilin yanvarında isə keçid dövrü başa çatıb. Hər iki tərəf 2020-ci ilin dekabrında Brexit sonrası azad ticarət və vizasız gediş-gəliş sazişinə nail olublar.
Zəhra Məmmədzadə




