Sudan yarımhərbi qruplaşması mühasirədə olan Şimali Darfurun paytaxtı Əl Faşer şəhərində məsciddə namaz qılarkən 43 mülki vətəndaşı öldürüb.
Bakues.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Sudan Həkimlər Şəbəkəsi məlumat yayıb.
Məlumata əsasən, məsciddə ibadət edənlər, o cümlədən yaşlı insanlar və uşaqlar, Sürətli Dəstək Qüvvələrinin pilotsuz uçan aparatların hücumu nəticəsində öldürülüb.
Məscidin dəqiq yeri ilə bağlı heç bir təfərrüat paylaşılmayıb.
Son dron zərbəsi RSF və ordu arasında El Faşerdə şiddətli toqquşma nəticəsində son bir həftə ərzində həyata keçirilən silsilə hücumlardan biridir.




