Şvetsiya hökuməti 2026‑cı il üçün Ukraynaya enerji sahəsində təcili yardım göstərmək məqsədilə 1 milyard İsveç kronu (təxminən 110 milyon dollar) ayıracaq.
Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Şvetsiyanın İnkişaf və Xarici Ticarət naziri Bencamin Dous açıqlayıb.
Bu məbləğ dərhal Ukraynanın elektrik stansiyalarının, isitmə cihazlarının və enerji infrastrukturunun bərpası üçün lazım olan ehtiyat hissələrinin alınmasına yönləndiriləcək.
Qeyd edək ki, gələn həftə Ukraynanın Kiyev və Xarkov kimi şəhərlərində temperaturun -25 dərəcəyə qədər düşəcəyi gözlənilir. Buna görə də ölkənin enerji təminatının gücləndirilməsi xüsusi önəm daşıyır.
Asim




