Əfqanıstandakı Taliban hökuməti öz vətəndaşlarının Almaniyadan geri qaytarılmasına razılıq verib.
Bakues.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Əfqanıstan hökuməti repatriasiya edilən şəxslərin əfqan olduğunu aşkar edilərsə, hava yolu ilə repatriasiyaya prinsipial olaraq razılıq verib.
Qeyd edək ki, Almaniyada məhkum olunmuş Əfqanıstan vətəndaşlarını daşıyan deportasiya uçuşları keçən avqust ayında bərpa edilib.
Zəhra Məmmədzadə




