Tərtərdə ağır yol qəzası: Dörd nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tərtərdə ağır yol qəzası: Dörd nəfər yaralanıbbackend

Tərtərdə ağır yol qəzası baş verib.

Bakues.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Tərtər rayon Cəmilli kənd sakinləri 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.