Tərtərdə məktəbdə yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tərtərdə məktəbdə yanğın olubbackend

Tərtər rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Bakues.az-a verilən xəbərə görə, Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində ümumi sahəsi 3200 m² (hər mərtəbəsi 1600 m²) olan fəaliyyət göstərməyən ikimərtəbəli məktəb binasının dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.