Amerikanın Tesla şirkəti Çində məşhur “Model Y” elektrik avtomobilinin yenilənmiş versiyasının satışına başlayacaq.
Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, yeni “Model Y” hazırkı versiyasından 5,4% baha olmaqla 263,5 min Çin yuanı (35,9 min dollar) qiymətinə satılacaq.
Mart ayında tədarüklərə başlaması gözlənilən avtomobil Çində və Asiya-Sakit okean regionunun bir sıra digər ölkələrində əvvəlcədən sifariş üçün mövcuddur. Şirkət bu modelin Avropa və Şimali Amerikada satış planlarını açıqlamayıb.