“The Wall Street Journal” qəzetinin mənbələrinə istinadən xəbər verilir ki, ABŞ Prezidenti Donald Tramp Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) katibi Kristi Noemini vəzifəsindən azad etməyi düşünür.
Bakues.az tass-a istinadən xəbər verir ki, Tramp artıq müşavirləri və Respublikaçı qanunvericilərlə Noemin yerinə namizədlər barədə məsləhətləşmələr aparmağa başlayıb.
Qəzet qeyd edir ki, bu qərarın əsas səbəbi DHS rəhbərinin Senatın Məhkəmə Komitəsi qarşısında verdiyi ifadə olub; həmin ifadə zamanı həm Respublikaçılar, həm Demokratlar Noemin fəaliyyətindən narazılıq bildirib.
Zəhra Məmmədzadə




